AZ
Video yüklə

Zaxarova Laçındakı təxribatdan danışıb

30 baxış Son xəbərlər
“Laçında baş vermiş silahlı insidentlə bağlı Rusiya sülhməramlılarına qarşı ittihamlar tamamilə əsassızdır”.

Bunu iyunun 21-də keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib. O əlavə edib ki, baş vermiş hadisə delimitasiya prosesinin olmaması ilə bağlıdır.

Onun sözlərinə görə, Rusiya sərhəd keçidinin müəyyənləşdirilməsində kömək etməyə hazırdır. Rusiya sülhməramlılarına qarşı ittihamlar tamamilə əsassızdır. Bununla bağlı mediada səslənən fikirləri azaltmağı şiddətlə tövsiyə edirik. Sülhməramlılar vəziyyəti normallaşdırmaq üçün tərəflərlə sıx əməkdaşlıq edir. Onlar məsuliyyət daşıdıqları ərazidə vəziyyətin sabitləşdirilməsi və atəşkəsin davam etdirilməsi vəzifəsini aydın şəkildə yerinə yetirirlər”, - deyə Mariya Zaxarova çıxışında bildirib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.