Yol polisi təbliğat xarakterli çarxlar hazırlayacaq

  • 24.04.2021
  • 0

Yollarda hərəkətin təhlükəsizliyinin effektiv təmin olunması istiqamətində təbliğat-təşviqat, maarifləndirmə tədbirləri davam etdirilir.

PATRUL.AZ xəbər verir ki, Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, cəmiyyətdə yol mədəniyyətinin daha da inkişaf etdirilməsi, habelə hərəkət iştirakçıları arasında məqsədyönlü və şüurlu yanaşmanın təmin edilməsi məqsədilə tanıtım çarxlarının, qısametrajlı filmlərin çəkilməsi, metodiki və təbliğat-təşviqat məzmunlu nəşrlərin hazırlaması diqqət mərkəzində saxlanılır.

Bölmə rəisi bildirib ki, kütləvi informasiya vasitələrinin imkanlarından bu sahədə geniş istifadə olunur. Əhalinin yol mədəniyyətinə etimadının yüksəldilməsi hər bir hərəkət iştirakçısından asılıdır. Buna nail olmaq üçün davamlı təbliğat işinin aparılması zəruri şərtlərdən hesab olunur.
Polis vətəndaş münasibətlərinin yüksək səviyyədə təşkil edilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, eləcə də yollarda təhlükəsizliyin tam təmin edilməsi üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hazırladığı süjeti cəmiyyətin diqqətinə çatdırıb.

Gəlin təhlükəsizliyimizi birgə təmin edək!

Nə düşünürsən?