Avtomobillərin hərəkətinin intensiv olduğu küçə və prospektlərdə velosipedçilərin hərəkəti real təhlükə yaradır. Polis onlara qarşı hər gün maarifləndirici tədbirlər keçirir, yollarda saxlayıb xəbərdarlıq edir, qaydaları izah edir, lakin yenə də bəziləri ya qaydaları bilmir, ya da qəsdən yollarda təhlükə yaradır.
Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidməti bununla bağlı maarifləndirici videoçarx hazırlayıb.