Avtomobilin yük yerində plastik qabda benzin saxlamaq avtomobilin alışmasına səbəb ola bilər. Bəzi sürücülər yolda qalmamaq üçün hər ehtimala qarşı avtomobilin yük yerində benzin saxlayırlar. Xüsusilə də rayon və kəndlərdə bu, geniş yayılmış bir metoddur. Lakin mütəxsislərə bildiri ki, bu olducaq təhlükəli və risqlidir. Xüsusilə də isti havalarda plastik qabla yanacağın reaksiyası nəticəsində qab deformasiyaya uğrayır. Və ani diqqətsizlik bədbəxt hadisə ilə nəticələnə bilər. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayevin sözlərinə görə, nəqliyyat vasitələrində 2017-ci ildə 299, 2018-ci ildə 329 yanğın hadisəsi baş verib. Bu isə 30 faktın artması deməkdir. Cari ilin beş ayı ərzində isə bu rəqəm 118-dir. Elnur Babayev onu da bildirdi ki, baş verən hadisələr zamanı yanğının miqyasının böyük olmasının bir səbəbi də avtomobildə yanğınsöndürən balonun olmamasıdır. Mütəxəsislər sürücülərə avtomobildə yanacaq daşımamağı və ciddi zərurət olarsa yalnız qısa məsafələr üçün istifadə etməyi tövisyyə edir.