Yeni Zelandiyada silahlı şəxs məsciddə insanları öldürüb, videoya çəkdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR!

  • 15.03.2019
  • 0

Eastnews.org-un verdiyi xəbərə görə, bu gün Yeni Zelandiyanın Krist Çürç vilayətində cümə namazı vaxtı iki məscidə hücum edilib. 


Məscidlərdən birinə hücum anı terrorçu tərəfindən canlı yayımda nümayiş etdirilib.


Hücum zamanı məsciddə 200-dən artıq insanın olduğu və çox sayda ölən və yaralanın olduğu bildirilir. 


Terror hücumunu İsveç əsilli 28 yaşlı Brenton Tarrant adlı şəxsin törətdiyi açıqlanıb.  Terrorçunun şəxsi "Youtube" hesabında 70 səhifəlik manifest yayımladığı, radikal xristian olduğu və müsəlmanlara nifrət etdiyi ortaya çıxıb.


Yeni Zelandiya polis komissarı Mayk Buş hücumla əlaqədar 4 nəfərin saxlanıldığını deyib.

Nə düşünürsən?