AZ
Video yüklə

Yəhudilər İsrail bayrağını yandırdılar

3 baxış Son xəbərlər
İsrailin paytaxtı Təl-Əvivdə Efiyopiya əsilli silahsız yəhudi gəncin polis tərəfindən vurularaq öldürülməsi ölkədə gərginliyi artırıb.



Cebhe.info-nun xarici mətbuata istinadən xəbərinə görə, ölkənin paytaxtı Tel-Əvivdə etirazçılar magistral yolu bağlayıb. Avtomabillərin keçməməsi üçün barikadalar qurulub, yoldan keçən maşınlara hücum edilib, atəş açılıb.



Sosial şəbəkələrdə paylaşılan videoda isə Ultra-ortodoks yəhudilər İsrail bayrağını yandırıblar. Onlar dövlətin yəhudiləri təmsil etmədiyini, sionist bir dövlət olduğunu və öz təhlükəsizliklərinə əmin olmadıqlarını bildiriblər.

Xatırladaq ki, ötən bazar günü polis əməkdaşının açdığı atəş nəticəsində 19 yaşlı İsrail vətəndaşı Solomon Tekah həyatını itirib. Bununla bağlı baş verən etirazlarda isə 47 polis əməkdaşı yaralanıb, 60 etirazçı saxlanılıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.