Yasamaldakı yanğına görə FHN tənqid olundu

  • 22.06.2021
  • 0

Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarında Bakının Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 41 ünvanında çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindəki mənzildə güclü yanğın olub.

“Qafqazinfo”nun məlumatına görə, yanğın artıq söndürülsə də, yanğınla bağlı təhlükəsizliyin təmin olunmaması müzakirələrə səbəb olub. 

Bu barədə politoloq Fərhad Mehdiyev də öz feysbuk hesabında paylaşım edib. O bildirib ki, "Akkord"un binasında baş verən yanğının söndürülməsinə görə FHN-in yanğınsöndürənləri həyətə daxil olmaqda çətinlik çəkib:

"Binalar bir-birinin içində tikilib, yolları dar, halbuki Yeni Yasamalın həmin hissəsi lap əvvəldən bom-boş idi, sadəcə, tamahları imkan vermədi ki, geniş yollar qoyulsun. Yolu da satıb yerində bina tikdilər, cahil vətəndaşlar da sabah burada maşın alsam, harada saxlayacam, yanğın söndürmə, təcili tibb maşını bura necə girəcək - heç sorğulamadan mənzil aldılar. 

O binaların o şəkildə tikintisinə icazəni təsdiq edən bir qurum da FHN idi, indi FHN-ə bağlı olan yanğınsöndürmə maşınları o binadakı yanğına müdaxilə edə bilmir, azı 2 mərtəbə yandı kül oldu. Korrupsiya bax belə formada can alır, evlər yıxır".

Nə düşünürsən?