AZ
Video yüklə

Yağış Peyğəmbərin(s) sevdiyi dağda şəlalə yaratdı

41 baxış Son xəbərlər
Xəbər verildiyi kimi, Səudiyyə Ərəbistanının bir sıra quraq bölgələrində əhəmiyyətli miqdarda yağıntı düşüb. Müqəddəs Mədinə şəhərinə də xeyli leysan yağış yağıb. Güclü yağışlar nəticəsində fevralın 24-də şəhər yağınlığındakı məşhur Uhud dağında şəlalə meydana gəlib. Video-görüntülərdə insanların bu yerlər üçün qeyri-adi olaya görə necə sevindiyi görünür.

Uhud dağı Mədinə şəhərinin şimalında yerləşir. Bu gün artıq bu dağ şəhərin bir hissəsinə çevrilib. Ən yüksək zirvəsinin hündürlüyü 1126 m-dir. Peyğəmbərimiz (s.ə.v.) Uhud dağını çox sevər və bu haqda öz səhabələrinə daim bəhs edərdi.

Xatırladaq ki, hicrətin 3-cü ilində, miladi tarixi ilə 625-ci ildə Uhud dağında Peyğəmbərimizin(s.ə.v.)də iştirakı ilə müsəlmanlarla müşriklər arasındakı məşhur döyüş baş verib. Müsəlmanlar Peyğəmbərin(s) bəzi əmrlərinə səhlənkar yanaşmaları və döyüşün ilk mərhələsində qalib gəldiklərini zənn edərək qənimət dalınca qaçmaqları kimi səbəblərdən məğlub olublar...

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.