AZ
Video yüklə

Xoşqədəm Hidayətqızından efirdə sərt sözlər

110 baxış Son xəbərlər
"Xəzər" televiziyasında yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı sosial şəbəkələrdə onun əleyhinə aparılan kampaniyaya cavab verib.

Oxu24.com xəbər verir ki, o, verilişin bugünkü buraxılışında 10 ildir efirdə olan telelayihəsi vasitəsilə gördüyü işlərdən, xeyriyyə aksiyalarından və vasitəçisi olduğu yardımlardan danışıb.

Dünya televiziyalarında yayımlanan eyni məzmunlu verilişlərlə analogiya aparan Xoşqədəm Hidayətqızı efirdə baş verənlərin real həyatda yaşananlardan, insan iztirabları və problemlərindən ibarət olduğunu vurğulayıb. O, həmçinin vaxtilə bu və ya digər səbəblərdən problemlər yaşayan şou-biznes nümayəndələrinə də daim dəstək olduğunu bildirib. Aparıcı layihədə yaşananları şou adlandıranları verilişində diskussiyaya dəvət edərək, "Xəzər" televiziyasının müzakirələrə hər zaman açıq olduğunu bildirib

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.