Xırdalan şəhərində su borusu partlayıb.
TEMPİNFO xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Əraziyə cəlb olunan müvafiq qurumun əməkdaşları insanları təəccübləndirib.
Belə ki, onların suyun fontanı altında problemi həll etməyə çalışması, həm gülüş, həm də sual doğurub.
Görüntüləri görənlər problemi həll etmək üçün əvvəlcə suyun bağlanmalı olduğunu deyiblər. Sosial media istifadəçiləri hadisəyə yumorla münasibət bildiriblər.
Görüntünün şərh bölməsinə "XXI əsrin ortaları... Xırdalanda partlayan su borusunun bərpası üçün ortaya qoyulan innovativ həll, hamını şoka salan süni zəkanın özünü şoka salıb", "gərək skoçla (yapışqanla) yapışdırardılar", "heç nə olmaz, yavaş-yavaş öyrənirlər, nə olacaq ki. Moskva bir günə tikilməyib" və s. oxşar rəylər yazılıb.
Həmin videonu təqdim edirik: