AZ
Video yüklə

Xamneyinin həyatı təhlükədə: İranda həyəcan

778 baxış Son xəbərlər
İran generalı Qasım Süleymaninin Bağdad aeroportunda öldürülməsi Yaxın Şərqdə yeni müharibə ehtimalı yaradıb.
Qonşu ölkə qisas alacağını bildirib.

İranın Ali dini lideri Əli Xamenei müharibə tərəfdarı olmadıqlarını bildirsə də, cavab zərbəsi gözlənilir. Rusiya mətbuatı isə Xameneinin həyatının təhlükədə olduğunu yazır. Onun öldürülə biləcəyini qeyd edilir.

Tanınmış iranlı jurnalist Babək Taqvey də “Twitter” hesabında bu haqda yazıb. Jurnalist iddia edir ki, Xamenei öz həyatına görə çox narahatdır və şəxsi təhlükəsizliyi İranın Ali Milli Təhlükəsizlik Şurasında müzakirə olunacaq.

Süleymani bu gün ABŞ-ın raket zərbələri nəticəsində öldürülüb. Onun qətlinin əmrinin birbaşa ABŞ prezidenti Donald Trampdan gəldiyi bildirilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.