AZ
Video yüklə

Qayda pozan sürücüdən şok sözlər

94 baxış Son xəbərlər
Təbriz küçəsi ilə üzü 28 may metro stansiyası istiqamətində hərəkətdə olan motosiklet sürücüsü qarşılaşdığı hadisəni “Qaynar xətt”imizə göndərib. Belə ki, Ceyhunbəy Hacıbəyli küçəsindən Təbriz küçəsinə dönmə əməliyyatı edən KİA markalı avtomobil yol üstünlüyünün motosikletdə olmasına baxmayaraq yola çıxır və qəza şəraiti yaradaraq motosiklet sürücüsünün həyatını təhlükə ilə üz-üzə qoyur. Motosiklet sürücüsü sürətini azaldaraq qəzadan yayınır və digər sürücüyə iradını bildirməyə başlayır. Lakin KİA markalı avtomobilin sürücüsü özünü haqlı hesab edir, yolu kəsdiyi halda yerindən hərəkət etmir və motosiklet sürücündən ona yol verməsini gözləyir. Daha sonra motosiklet sürücüsü öz hərəkət istiqamətini dəyişərək, KİA markalı avtomobilə yaxınlaşır və ona öz iradlarını yenidən bildirməyə çalışır. Bu zaman KİA markalı avtomobilin sürücüsü növbəti dəfə qayda pozaraq, avtomobili dayanma-durmanın qadağan edildiyi ictimai nəqliyyatın dayanacağında saxlayır. Davam edən söhbət zamanı o yenə də özünü haqlı hesab edir və digər sürücüyə özündən əmin şəkildə “kimə istəyirsən şikayət et, nə istəyirsən et” deyə qarşılıq verir. Sözügedən videonu sizlərə təqdim edirik:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.