Baş Prokurorluq lizinq yolu ilə avtomobil alışı zamanı vətəndaşların aldadılması faktları ilə bağlı videomüraciət yayıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, ictimaiyyətə təqdim olunan videomüraciətdə bildirilir ki, son zamanlar ölkə ərazisində lizinq yolu ilə avtomobil alışı zamanı vətəndaşların aldadılması faktlarına çox sıx rast gəlinməkdədir.
Vətəndaşlara tövsiyə edilir ki, bu kimi dələduzluq halları ilə qarşılaşmamaları üçün avtomobil alarkən rəsmiləşdirməni qanuna uyğun olaraq notarial qaydada etsinlər.
Müvafiq lizinq şirkətinin qanuni nümayəndəsi olmadan üçüncü şəxslərə hər hansı ödəniş etməməklə bağlı məlumat verilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edir ki, qanunamüvafiq qaydada rəsmiləşdirilməmiş avtomobillərin idarəedilməsi yol verilməzdir.