Ürəyi Öldürən 8 qida - Ürək xəstələri qətiyyən yeməsin!

  • 19.02.2024
  • 0

Həkim müayinələrindən keçdikdən sonra ürəyinizdə problem olduğu aşkarlandı? Demək, artıq bilirsiniz ki, bəzi qidaları həyatınızdan çıxarmalsınız. Siyahı indi sizə uzun görünə bilər. Lakin narahat olmayın. Ürəyinizdə problem olsa belə, bəzi zərərli qidaları hərdən də olsa yeyə bilərsiniz. Lakin elə qidalar var ki, onlara ümumiyyətlə yaxın durmamalısınız. Bəs bu 8 qida hanısıdır? Indi biləcəksiniz. Marqarin. Qablaşdırmanın üzərinə “tərkibində trans yağlar yoxdur” yazılsa da, bütün marqarinlərdə trans yağlar var. Marqarinlərin emalında əsas xammal günəbaxan, palma yağı kimi bitki mənşəli yağlardır. Emal prosesində bu yağlar hidrogenlə doyurulur. Beləcə, otaq havasında qatı şəkildə olurlar. Marqarinlər bədən temperaturunda müəyyən reaksiyalar vasitəsiylə ərisələr də, orqanizm tərəfindən yandırılmır. Başlayırlar damarlarda, digər orqanlarda depolanmağa. Birbaşa ürək-damar xəstəliklərinin səbəbidirlər. Əksər insan market və bazarlardsan bu yağı almasa da, yediyimiz əksər hazır qidaların tərkibinə ondan mütləq vurulur. Paketlərdə olan hazır şirniyyat alarkən, hərdən üzərindəki kiçik yazıları oxuyun. Nə dediyimi anlayacaqsınız. Şəkər. Ürəyinizdə problem varsa, şəkəri həyatınızdan çıxartmalısınız. Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı normaya əsasən, gün ərzində kişilər 40 qram, qadınlar 35 qram şəkər qəbul edə bilərlər. Bu rəqəmlər yediyimiz meyvələri də özündə ehtiva edir. Əgər meyvə yeyiriksə, gün ərzində 10-15 qram şəkər qəbul etsək, yetərlidir. Çörək də orqanizm üçün şəkər qaynağıdır. Çörək, meyvə, mürəbbə yeyiriksə, şəkəri rasiondan asanlıqla çıxara bilərik. Bunlar orqanizmin şəkər ehtiyacını artıqlaması ilə ödəyir. Şəkər qəbulu diabetin ən əsas səbəblərindəndir. Ürək xəstələrinin kardioloqlara verdiyi suallardan biri budur: “Həkim, şirniyyat yeyə bilərəm?” Kardioloqlar insanların həyatdan zövq almağını düşünərək onlara həftədə 1 dəfə şirniyyat yemək şansı verirlər. Yaxşı olar ki, bu şirniyyat da südlü olsun. Amma hər gün yeməkdən sonra 2 paxlava, 3 şəkərbura yeyirdinizsə, bu vərdişinizdən bilmərrə əl çəkməlisiniz. Qısacası, ürək xəstələri şəkərdən uzaq durmalıdırlar; Çörək. Xalq olaraq, rasionumuzda çörəyin xüsusi yeri var. Ağ çörək insulin müqaviməti, ürək-damar xəstəlikləri, diabet, yüksək təzyiq kimi problemlərin əsas səbəbləri sırasına daxildir. Son zamanlarda aparılan elmi araşdırmalarda o da məlum olub ki, çörək alzeymer xəstəliyinin də yaranma səbəblərindəndir. Ürəyində problem olanlar üçün çörək şəkər qədər təhlükəlidir. Çörək elə ağzımızdaca şəkərə çevrilir, ardınca orqanizmi yoran, insulin səviyyəsini yüksəldən, qanda şəkərin səviyyəsinin dalğalanmasına-qalxıb-enməsinə səbəb olan oksidasiya mexanizmini sürətləndirir. Çörəksiz dura bilmirsinizsə, ən azından, qara çörək yeyin; Emal edilmiş ət məhsulları. Dünya miqyasında diabetin, ürək-damar xəstəliklərinin ciddi səbəblərindən biri də emal edilmiş ət məhsullarıdır. Bu məhsullar həqiqi, təmiz ət deyil. Adı üstündə-emal prosesindən keçirilmiş məhsullardır. Gün ərzində 40 qram emal edilmiş ət məhsulu-kolbasa, sosiska qəbul etmək belə, diabet riskini 42% artırır. Son illərdə aparılmış elmi araşdırmalardan birində maraqlı faktlar aşkarlanıb. Məlum olub ki, həftədə 1 dəfə sosiska yeyən uşaqlarda leykoz riski 11 dəfə çoxalır. İndi uşaqlar marketə girirlər, valideynlərini məcbur edirlər ki, şnitzel, naget, hisə verilmiş kolbasa, bol ədviyyatlı sosiskalar alsınlar. Valideynlər də alır, bunları uşaqlarına yedirdirlər. Ümid edirəm ki, bu videoya baxdıqdan sonra uşaqlarınızın nə istədiyi, nə yediyi barədə bir az daha düşünəcəksiniz; Qızartmalar. Qızartma olduqca sürətli bişirmə üsuludur. Qızartma prosesi zamanı qızardılan qidaya aid olmadan tavada trans yağlar əmələ gəlir. Məsələn; asparagin amin turşusu akrilamidə çevrilir. Trans yağlar isə damar tıxanıqlığına aparıb çıxarır. Buna görə də, kardioloqlar ürək-damar xəstələrinin qızartma yeməkləri rasionlarından çıxarmasını tövsiyə edirlər. Bunun əvəzinə qazan yeməklərini, soyutma bişmiş qidaları yemələrini söyləyirlər; Hazır qidalar. Bu qidaların hamısı “qadağan olunmuşlar siyahısı”nda deyil. Lakin damar tıxanıqlığı oldusa, anju prosesindən keçdinizsə, bu cür qidaları rasionunuzdan çıxartmağınız məsləhətdir. Rəf ömrü uzansın deyə, bu qidalara müxtəlif kimyəvi maddələr əlavə edilir. Qablaşdırmanın üstündəki yazıları diqqətlə oxusanız, bu cür dadlandırıcıların, rəngləndiricilərin, bitki mənşəli yağların adlarını oxuya bilərsiniz. Bunlar hamısı damar üçün zərərlidir. Ürək xəstələri isə, onsuz da, damar problemi yaşamaqdadırlar. Ürək xəstəsi olan insan bu cür qidaları qəbul edərsə, demək, öz həyatını riskə atır;

Nə düşünürsən?