Uqanda parlamentində ölkə prezidentinin yaş həddi müzakirə olunur. Prezidentin 73 yaşı var, Konstitusiyaya əsasən, yuxarı yaş həddi 75 yaşdır. Prezident Yoveri Museveni 31 ildir ölkəni idarə edir, bundan sonra da Konstitusiyanı dəyişib, hakimiyyətdə qalmaq istəyir. Buna etiraz rəmzi olaraq, başında qırmızı lent və qırmızı geyimdə olanlar müxalif deputatlardır.