AZ
Video yüklə

Ümumdünya Balıqçılıq günüdür

12 baxış Son xəbərlər
Artıq 36 ildir ki, 27 iyun tarixində Ümumdünya Balıqçılıq günü qeyd olunur.

Ölkəmizin Xəzər dənizi sahilində yerləşməsini və zəngin su ehtiyatlarına malik olmasını nəzərə alsaq, bu günün xüsusi önəmi var. Bəşəriyyətin ən sevimli kütləvi məşğuliyyət növlərindən biri olan balıqçılıq həm fiziki, həm də psixoloji cəhətdən yüksək dəyərləndirilir. Həyatında heç olmasa, bir kərə əlinə tilov götürərək balıq ovlamağa gedən və təbiətlə bənzərsiz ünsiyyət sevincindən zövq alan adam aldığı təəssüratı heç zaman unuda bilməz. Balıq ovu o qədər maraqlı bir prosesdir ki, çox vaxt həvəskarları bu işin əsl xiridarına çevirir.

Bu gün dünyanın bir çox ölkələrində balıq ovu üzrə müxtəlif yarışlar, təlim seminarları keçirilir. Həmin tədbirlər həm peşəkar, həm də həvəskar balıqçıları bir araya gətirir.

Yəni bir sözlə desək, balıq ovu ruhi və fiziki gücü möhkəmləndirmək üçün əla vasitədir.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.