AZ
Video yüklə

Ukraynanın itkiləri açıqlandı

3 925 baxış Son xəbərlər
Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya silahlı qüvvələri 133 təyyarə və 458 pilotsuz uçuş aparatı məhv edib. APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenko bugün keçirdiyi brifinqdə bildirib. “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukraynanın 133 təyyarə, 458 pilotsuz uçuş aparatı, 246 zenit-raket kompleksi, 2246 tank və digər zirehli döyüş texnikası, 252 reaktiv yaylım atəşi sistemi, 981 səhra artilleriya və minaatan qurğusu, o cümlədən 2146 ədəd xüsusi təyinatlı hərbi maşını məhv edilib”, - Rusiya MN sözçüsü qeyd edib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.