AZ
Video yüklə

Ukrayna Neptun raketi atdı

404 baxış Son xəbərlər
Ukraynanın Qərb tərəfdaşları tərəfindən ötürülən silahlarla vura bilmədiyi Moskva və Rusiya daxilindəki bəzi obyektlər Ukraynanın modifikasiya edilmiş raketinin zərbəsi ilə vurula bilər.



Oxu24.com xəbər verir ki,bu barədə xarici KİVlər Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən yazır.


Qeyd edildiyi kimi, Ukrayna “Neptun” gəmi əleyhinə raketini modifikasiya edib – indi o, yer üstü döyüş sursatı kimi istifadə oluna bilər.

Mənbənin sözlərinə görə, Ukrayna qoşunları avqustun 23-də Krımda S-400 zenit-raket kompleksini vurmaq üçün məhz belə raketdən istifadə edib.

"Nəhayət, Neptunla Moskvaya və Rusiya daxilindəki digər hədəflərə zərbə endirmək planları var",-deyə məlumatda qeyd edilir.



Müəllif: Miri Məcidli

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.