AZ
Video yüklə
Ukrayna 30 günlük atəşkəsə razılaşdı

Bu video hazırda oynadıla bilmir.

Ukrayna 30 günlük atəşkəsə razılaşdı

147 baxış Son xəbərlər
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Avropa ölkələrinin liderləri ilə birlikdə Ağ Ev rəhbəri Donald Trampa zəng edib.

Bax tv xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri özünün “X” səhifəsində bildirib.

Onun sözlərinə görə, Kiyevdə “könüllülər koalisiyası”nın görüşündən sonra Zelenski və Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Mertz, Polşanın Baş naziri Donald Tusk və Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ lideri ilə sülh səyləri ilə bağlı konstruktiv telefon danışığı aparıblar.

O bildirib ki, Kiyev və onun müttəfiqləri mayın 12-dən başlayaraq ən azı 30 gün ərzində quruda, havada və dənizdə tam, qeyd-şərtsiz atəşkəsə hazırdır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.