Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov yeni idman kompleksinin açılışında öz idman bacarıqlarını nümayiş etdirib. Oxu.Az Trend-ə istinadən bildirir ki, əvvəlcə prezident trenajor zalında bir neçə idman hərəkəti edib. Daha sonra isə velosiped üzərində basketbol oynayıb və topu hər dəfə ustalıqla səbətə atıb. Berdiməhəmmədov velosiped gəzintisini Xəzər sahilində davam etdirib.