AZ
Video yüklə

Türkiyəli aparıcının evi atəşə tutuldu

3 346 baxış Son xəbərlər
Türkiyənin tanınmış aparıcısı Tanem Sivarın evi qonşusu tərəfindən atəşə tutulub.

Oxu.Az xəbər verir ki, bir müddət isə əvvəl teleaparıcının Cango və Pamuk adlı iki köpəyi zəhərləndirilərək öldürülüb. Aparıcı polisə və mediaya bunun qonşusu tərəfindən edildiyini iddia edib. Bundan sonra həmin qonşu T.Sıvarın evinə atəş açıb. Bir neçə gün əvvəl isə hadisənin görüntüləri ortaya çıxıb.

Tanem Sıvar başına gələn xoşagəlməz olayla bağlı açıqlama yayıb: “Bu adam cinayətkardır. Daha da qorxulu hadisələr törədə bilər. Media bizi dəstəklədikdən sonra o, daha da çılğınlaşdı. Həyat yoldaşıma tüfənglə atəş açdı. Buna baxmayaraq nəzarətdə saxlanılmaq şərti ilə sərbəst buraxıldı. Çox narahatam. Mən həyat yoldaşımla birgə bu mövzu ilə bağlı əlimdən gələni edəcəyəm”.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.