AZ
Video yüklə

Türkiyə “TURKOVAC”ın tətbiqinə start verir

8 baxış Son xəbərlər
Türkiyə tarixində bu ölkədə aparılan ən böyük klinik araşdırma hesab olunan “TURKOVAC” peyvəndi sınaqlardan üzüağ çıxdı.

COVID-19-a qarşı hazırlanmış inaktiv “TURKOVAC” peyvəndinin sınaq prosesində peyvəndin təsir gücü yoxlanılıb.

Peyvəndi hazırlayan bir qrup elm adamı Prezident R.T.Ərdoğanın suallarını cavablandırarkən qeyd edib ki, peyvəndin tətbiq edildiyi koronavirus xəstələri arasında ağırlaşma müşahidə olunmayıb. Toplam 60 nəfər üzərində sınaqdan keçirilən “TURKOVAC”ın tətbiq edildiyi xəstələrə daha çox təsir etdiyi məlum olub.

Mütəxəssislr düşünür ki, “TURKOVAC” hazırda Türkiyədə tətbiq edilən digər vaksinlərdən daha təsirlidir.

Əlavə olunub ki, buster doza zamanı da “TURKOVAC” sınaqda üzüağ çıxıb.

Türkiyə Səhiyyə İnstitunun direktoru Erhan Akdoğan Real TV-yə müsahibəsində bildirdi ki, “TURKOVAC” vətəndaşları ilə yanaşı bütövlükdə insanlıq üçün istehsal olunmuşdur. Dünyada mövcud olan peyvənd bərabərsizliyinə toxunan Akdoğan ,lazım gələrsə peyvənd əldə edə biməyən az gəlirli ölkələrə bu mövzuda köməklik göstəriləcəyini bildirdi.

Bununla da iş bitmir. Peyvəndlərin istehsalı, araşdırılması üçün müəssisə yaradılır. Burada ən son texnalogiyanın köməyi ilə koronavirusla yanaşı, dünyada ciddi təhlükə mənbəyi hesab olunan digər viruslara qarşı da peyvənd hazırlanacaq.

Beləliklə, Türkiyə dünyanın ən böyük peyvənd istehsalı müəssisəsinə sahib olacaq.Həmçinin müəssisənin Azərbaycanla əməkdaşlıq edəcəyi də istisna edilmir.

Türkiyə yerli istehsal olan “TURKOVAC”ın ixracına da hazırlaşır. Hazırda bu peyvəndin bütün dünyada tətbiq edilməsi üçün danışıqlar aparılır. Qeyd edək ki, Türkiyədə “Sinovac” və “Pfizer” peyvəndləri tətbiq edilir.Səhiyyə naziri Fəxrəddin Qoca,əhaliyə müraciət edərək buster dozanın qəbul edilməsini təklif edib. O bildirib ki, hazırkı müsbət dinamikanı qorumaq üçün,2 doz vaksni 3 ay öncə vurduran hər kəs 3 -cü dozanı qəbul etməlidir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.