AZ
Video yüklə

Türkiyə raketləri Ukraynaya verdi - Rusiya şokda

725 baxış Son xəbərlər
Türkiyə mühüm silahları Ukraynaya ötürüb.

Bir neçə gün əvvəl mətbuatda Ukrayna ordusunun Türkiyədən bir sıra silah, xüsusən də TRLG-230 və Sungur İİR raketləri aldığı barədə məlumat yayılıb.

Oxu24.com xəbər verir ki, İsrailin hərbi nəşri yazır ki, Türkiyə Ukraynaya Türkiyədəki Roketstan fabriklərində istehsal olunan və 20-70 kilometr məsafədəki hədəfləri vurmaq üçün nəzərdə tutulmuş onlarla yüksək dəqiqlikli lazerlə idarə olunan TRLG-230 raketlərini təhvil verib.

Nəşr qeyd edir ki, bu raketlərin dəqiqliyi GPS naviqasiya sistemi və lazer yönləndirməsinin birgə istifadəsi nəticəsində əldə edilir. Ukraynaya ən azı 50 lazerlə idarə olunan raketlər gətirilib. Məlumata görə Ukraynaya 200-ə yaxın raket təhvil verilib.

İsrail nəşri yazır ki, bu iki raket bir-biri ilə qaşılıqlı əlaqədə istifadə olunur.

İsrail Müdafiəsi qeyd edir ki, ən maraqlısı odur ki, Türkiyə Amerikanın HIMARS raketlərindən əvvəl Ukraynaya bu növ silahı tədarük edən ilk ölkə olub.

Tərcümə: Miri Məcidli

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.