AZ
Video yüklə

Türkiyə ordusunda dünyada ilk:O görüntülər

109 baxış Son xəbərlər
Türkiyə tarixinin ən böyük hərbi təlimlərinə başlayıb.

Oxu24.com Anadolu agentliyinə istinadən xəbər verir ki, “Dəniz canavarı-2019” adlı hərbi təlimlər eyni vaxtda Egey, Qaradəniz və Aralıq dənizlərində keçirilir. Məşqlərdə 131 gəmi, 57 təyyarə, 33 helikopter və qayıqlar iştirak edir.

Təlimlər hərbi qüvvələrin döyüş hazırlığını artırmaq məqsədi daşıyır. Aralıq dənizinin şərq hissəsində keçirilən məşqlər zamanı, müxtəlif tapşırıqlar yerinə yetiriləcək, dronlar sınaqdan keçiriləcək və şərti düşmən hədəfləri məhv ediləcək. Hərbçilər əsasən milli silahlardan istifadə edir. Məşqlər mayın 25-də başa çatacaq.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.