Türkiyə Azərbaycan ilə sərhədləri baxladı. Təcili

  • 24.02.2020
  • 1

Türkiyə Azərbaycanla sərhədi bağladı - Koronavirusa görə İranda koronavirusun yayılması xəbəri qonşu ölkələri, o cümlədən, Türkiyəni də narahat edib. İHA-nın yaydığı məlumata görə, Türkiyə virus təhlükəsinə görə Naxçıvan-Dilucu sərhəd qapısını bağlayıb. Türkiyəyə qonşu olan İranda son bir həftədə koronavirus təhlükəsinin artması və bu virus səbəbindən səkkiz adamın ölməsi səbəbi ilə Naxçıvan-Dilucu sərhəd qapısının bağlanıldığı bildirilib. Müvafiq olaraq, sərhəddə yoxlamalar da həyata keçirilir. Türkiyə Səhiyyə Nazirliyi qonşu İranda koronavirusun yayılması ilə əlaqədar tədbirlər görüldüyünü və bundan sonra da bütün lazımi tədbirlərin görüləcəyini bildirib. Bu tədbirlər çərçivəsində ilk növbədə Naxçıvan-Dilucu sərhəd qapısı giriş və çıxışlara bağlanıb. Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı səkkizə çatıb. Türkiyə koronavirusa görə İranla sərhədi bağladı İranda koronavirusa yoluxma hallarının atmasından sonra Türkiyədə təhlükəsizlik tədbirləri gücləndirilib. Azərbaycanda koronavirus yayılması iddialarına RƏSMİ MÜNASİBƏT - AUDİO Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıblar. Məlumatda sosial şəbəkələrdə koronovirsa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə yayılan səs yazısının həqiqəti əks etdirmədiyi bildirilir. Məlumatın həqiqətə uyğun olmamasını Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi də təsdiqləyib. Qeyd edək ki, ölkəyə daxil olan şəxslərdə virus təhlükəsi olduqda onlar xüsusi ayırılmış dövlət Gömrük postuna Səhiyyə Nazirliyi tərəfindən həkimlər ezam olunub. İrana gedən şəxslərə ehtiyatlı olmaları, qoruyucu maskalardan istifadə etmələri tövsiyə olunub. Sərnişinlər üçün nəzərdə tutulan keçid zolaqlarında yüksək hərarətə qarşı həssas termal kameralar quraşdılıb. Piyadaların hər birinin bədən hərarəti ayrı-ayrılıqda xüsusi lazer cihaz vasitəsilə də yoxlanılır. Hər hansı şəxsdə 37,2 və ondan artıq hərarət aşkar edilərsə, dərhal nəzarətə götürülür. Biləsuvar Gömrük məntəqəsinin rəisi Ceyhun İbrahimov Baku TV-yə açıqlamasında bildirib ki, gömrükdə piyada keçidləri və onların təmasda olduğu ərazilər də diqqətdə saxlanaraq, iki saatdan bir dezinfeksiya olunur. Yerli və əcnəbi vətəndaşlara koronavirusdan qorunmaq üçün Azərbaycan və ingilis dillərində xüsusi məlumat vərəqələri paylanılır. Qeyd edək ki, bu gün İranda yayılan koronavirus təhlükəsinin ölkəmizə keçməsinin qarşısını almaq məqsədilə Biləsuvar gömrük-keçid məntəqəsi bağlanıb, Astarada isə məhdudiyyətlər qoyulub.

Nə düşünürsən?