AZ
Video yüklə

Türkan Şoray: “Kadir İnanır özündənrazıdır”

52 baxış Son xəbərlər
Türkiyədə “Yeşilçam”ın əfsanə aktrisası Türkay Şoray məktəblilərin onun üçün açdığı rəsm sərgisində səmimi açıqlamalar verib.



Cebhe.info türk mediasına istinadən xəbər verir ki, aktrisa rəsm sərgisində bu sözləri deyib:



“Gördüyüm bu sevgi ilə 100 il daha yaşaya bilərəm. Özümü isə film ulduzu və gözəl sanmıram”.



Türkan Şoray həmçinin əksər filmlərdə birlikdə olduqları Kadir İnanır haqqında da danışıb:



"50 illik film fəaliyyətimdə ən çox zövq aldığım partnyorum Kadir İnan olub. Mən illər içərisində onun adını həmişə çəkirəm, ancaq o, heç vaxt mənim adımı xatırlamır. Ona görə də biraz küsmüşəm. Kadir çox özündən razıdır, sizcə də elə deyilmi?”.



Aktrisa son olaraq Kadir İnanırın özündən razı olmağı barədə zarafat etdiyini də deyib.



Hicranə

Cebhe.info

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.