AZ
Video yüklə

Tu-160 təyyarəsi Xəzər üzərindən Afrikaya ilk səfərini edib

232 baxış Son xəbərlər
Rusiyanın iki Tu-160 strateji bombardmançısı ilk dəfə Cənubi Afrika Respublikasına uçub. Təyyarə oktyabrın 23-də Pretoriya yaxınlığındakı Waterkloof Hava Qüvvələri bazasına enib. FaktXeber.com-un verdiyi məlumata görə bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.



"Uzaq mənzilli təyyarələrin uçuşu Xəzər və Ərəb dənizlərinin hava məkanında, habelə Hind okeanının üzərindən keçdi", - deyə məlumatda bildirilir.



13 saatdan çox uçuş müddətində pilotlar 11 min kilometrdən çox məsafəni qət ediblər. Tu-160 uçuşunun son mərhələlərində onu Cənubi Afrika Hərbi Hava Qüvvələrinin qırıcısı Saab JAS 39 Gripen müşayiət edib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.