AZ
Video yüklə

Tokayev ruslara dərs keçdi: "Türk Xaqanlığı, Hunlar..."

256 baxış Son xəbərlər
Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev rusiyalı deputatların torpaq iddialarına sərt cavab verib. Publika.az Nur.kz-a istinadla xəbər verir ki, ölkə başçısı həmin şəxslərə Qazaxıstan tarixini xatırladıb. "Heç kim bu geniş topraqları qazaxlara hədiyyə etməyib. Tariximiz 1991 və 1936-cı illərdən ibarət deyildir. Biz bu torpaqlarda əcdadlarımız olan Qazax Xanlığı, Qızıl Orda, Türk Xaqanlığı, Hunlar və Saxalar dönəmində var idik." - Tokayev bildirib. Bildirək ki, Rusiya Dövlət Dumasının deputatları Vyaçeslav Nikonov və Yevgeni Fyodrov Rusiyanın “Birinci kanal”ının efirində Qazaxıstan ərazisini Rusiya tərəfindən edilən "böyük hədiyyə" adlandırıblar.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.