Tiflisdə atışmalar başlayıb, partlayış səsləri eşidilir
18 baxış
Son xəbərlər
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının gecə saatlarından başlayaraq Tiflisdə keçirdiyi antiterror əməliyyatı davam edir.
APA TV-nin məlumatına görə, əməliyyat zamanı silahlılar polisə müqavimət göstərib, əl qumbarası atıblar. Hadisə yerində indiyədək atışma və partlayış səslərinin eşidildiyi bildirilir. Təhlükəsizlik məqsədilə terrorçuların olduğu binanın sakinləri təxliyə edilib, hadisə yeri mühasirəyə alınıb.
Polis əməliyyat keçirilən binada çeçen mənşəli bir ailənin yaşadığını bildirib. Ailə üzvləri terrorizmdə şübhəli bilinir.
Əməliyyat səbəbindən yaxınlıqdakı məktəbdə dərslər, o cümlədən binaya elektrik enerjisi və mavi qazın verilişi dayandırılıb.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.