Xəbər verdiyimiz kimi, tanınmış prodüser Təranə Səmədova həbs olunub.
AZXEBER.COM xəbər verir ki, prodüser həbsdən bir neçə müddət öncə CVN TV-nin qonağı olub.
O adının insan alverində hallanması haqda danışarkən bildirib ki, bu həyat sınağıdır: "Mətbuatda belə xəbər çıxanda mən çökdüm. Anam gəldi yanıma, dedi möhkəm ol, sən nələrə qalib gəlmədin ki, bu həyatda. Dedim ki, mən bu damğanın altından necə çıxacam? Dedi ki, sən həmişə möhkəm olmusan, bu damğa deyil, həyat sınağıdır.
Təranə Səmədova onun bu halına sevinənlərə də müraciət edib: "Sevinənlər bu işlə məşğul olanlardı ki, biz tək deyilik, Təranənin də adı bu işdə hallandı. Mən Allaha çox inanıram, mən deist olsam da, bütün dinlərə hörmətim var".