Təcili! İRAN AÇIQLAMA YAYDI
1 325 baxış
Son xəbərlər
İran sərhəddə təlimə başlayır? – Səfirlik nə deyir? İranın Azərbaycandakı səfirliyi sosial şəbəkələrdə yayılan İranın Azərbaycanla sərhədə ağır texnika yığması ilə bağlı görüntülərə aydınlıq gətirib. APA TV Trend-ə istinadən xəbər verir ki, İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, İran İslam Respublikasının İslam Keşikçiləri Korpusunun (SEPAH) rəsmi “Telegram” kanalı yoxdur. SEPAH-ın rəsmi mövqeyini rəsmi kanallar və bu qurumun sözçüsü tərəfindən öyrənmək olar. Sitat: “Sosial şəbəkələrdə yayılan xəbərlər saxtadır. Həmin görüntülər bir neçə il əvvələ aiddir. Bu kimi şayiələr iki ölkə əlaqələrinin bədxahlar tərəfindən Tehran-Bakı əlaqələrini pozmaq niyyəti ilə dövriyyəyə buraxılır” Sitatın sonu. Qeyd edək ki, ötən gün erməni teleqram kanalları növbəti dəfə təxribata əl ataraq İran ordusuna aid hərbi texnikaların Azərbaycan sərhədinə göndərilməsi ilə bağlı xəbərlər paylaşıblar.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.