TƏBİB Azərbaycanın ən kök qadınına biganə qaldı

  • 09.04.2024
  • 0

İTV Azərbaycanın ən kök qadınını, 62 yaşlı Rita Səmədovanı tanıdıb.
Yenisabah.az xəbər verir ki, onun çəkisi nə az, nə çox, düz 400 kiloqramdır.
R. Səmədovanın xəstəliyinə diaqnoz qoymaq mümkün olmayıb. Hər şey övladlarını itirməyi ilə başlayıb. Hər iki övladının ölümündən sonra R. Səmədova 6 il evdən çıxmayıb. İndi çıxmaq istəsə də, bunu bacarmır. Çünki yerindən qalxa da bilmir.
Ən kök qadının baxıcısı isə əridir. Çarəsiz ailə TƏBİB-ə müraciət edib, amma müsbət cavab ala bilməyib.
İctimai TV R. Səmədovanın evindən sujet hazırlayıb.

Nə düşünürsən?