AZ
Video yüklə

Tavuş-Qazax sərhədi müəyyənləşir: işğalda qalan 7 kənd

6 387 baxış Son xəbərlər
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Tavuş bölgəsinin sərhədlərini müəyyən etmək məqsədilə dövlət kadastr komitəsinə sorğu göndərib.

Oxu24.com xəbər verir ki, erməni mediası səbəbin Qazaxın işğalda qalan 7 kəndi ilə bağlı olduğunu yazır.

“Məqsəd Tavuşun 1990-cı illərdən əvvəlki sərhədlərinin müəyyən edilməsi və Qazaxın işğalda qalan 7 kəndinin qaytarılmasıdır”, - məlumatlarda qeyd olunur.

Ermənistan Müdafiə Nazirliyi bu məlumatı da təkzib edib, lakin erməni mənbələr ötən həftədən etibarən Tavuş istiqamətində sərhədin müəyyən edilməsi yönündə işlər aparıldığını yazır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.