Tacir Şahmalıoğlunun qırmızı şalvarı QALMAQAL YARATDI

  • 09.04.2024
  • 0

Müğənni Tacir Şahmalıoğlunun məclislərdən birinə geyindiyi qırmızı şalvar müzakirələrə səbəb olub. 

Sosial şəbəkədə video paylaşan sənətçi tənqid edilib. T.Şahmalıoğlunun yazılanlara cavabı gecikməyib. 

Sənətçi video paylaşaraq "Burdan bəzi "ağıllılara" səslənirəm: Zəhmət olmasa, siz mənim geyimimə yox, sənətimə görə dəyər verin və qiymətləndirin. Qalanı uçun o gözəl beyninizi yormayın. Onu da əlavə etmək istəyirəm ki, kaş bütün qara şalvar geyinənlər kişi olardı" sözlərini bildirib. 

Nə düşünürsən?