AZ
Video yüklə

Svetoforun yaşıl işığını əks yolda gözləyən YPX

171 baxış Son xəbərlər
YPX.AZ xəbər verir ki, Ağsu rayonunda, küçələrin birində hərəkətdə olan YPX-yə məxsus xidməti avtomobil qarşıdakı svetoforun qırmızı işığının yandığını və avtomobillərin gözlədiyini görüb əks yola çıxaraq dayanır. Əks yolda dayanan YPX svetoforun yaşıl işığının yanması ilə hərəkətə başlayır.
Qaydaları kobud şəkildə pozan YPX əməkdaşının bu hərəkətinə heç bir formada anlam qazandırmaq olmur. Əgər inspektor tələsirsə niyə svetoforu gözləyir, sayışan işıqlarını yandıraraq yoluna davam edə bilərdi. Gözləyəcəkdisə hansı səbəbdən əks yola çıxır? Ümumiyyətlə əks yola çıxıb svetofor gözləməyin adı nədir? Vəzifəsi qanunun keşiyində durmaq olan bir əməkdaş bu addımı ilə nəyi demək istədiyir?Bu sualları cavablamaq olmasa da, dəqiq olan cənab nazirin aşağıdakı ifadələridir.Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov: Vətənimizə, xalqımıza, dövlətimizə ləyaqətlə xidmət etmək bizim şərəf borcumuzdur…

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.