AZ
Video yüklə

100 min insan təhlükə ilə üzbəüz: daha bir təbii fəlakət ola bilər

19 baxış Son xəbərlər
Yaponiyanın cənubundakı Kuçinoerabucima adasında Şindake vulkanı fəaliyyətə keçib.

Bu barədə "Kyodo” agentliyi informasiya yayıb.

Kaqosima şəhərindən 130 km cənubda yerləşən vulkanda partlayışdan sonra qalxan kül və duman qatı atmosferin 7 km yüksəkliyinə qədər qalxıb.

Vulkanın lava və qaya qırıntıları 900 metr məsafəyədək yayılıb.

Qeyd edək ki, Şindake vulkanı son dəfə ötən il 29 oktyabrda fəaliyyətə keçmişdi.

36 kv/km ərazisi olan Kuçinoerabucima adasında 100 min insan yaşayır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.