AZ
Video yüklə

Suriyaya göndərilən S-300 sistemlərinin görüntüləri YAYILDI

2 baxış Son xəbərlər
Rusiya Müdafiə Nazirliyi Suriya aeroportunda S-300 zenit-raket komplekslərinin An-124-100 təyyarəsindən boşaldılmasının əks olunduğu görüntüləri yayıb.

Oxu.Az xəbər verir ki, görüntüləri “Zvezda” telekanalı yayımlayıb.

Oktyabrın 2-də Rusiya müdafiə naziri Sergey Şoyqu S-300-lərin Suriyaya göndərildiyini açıqlayıb. O bildirib ki, suriyalı mütəxəssislərə bu sistemləri işlətməyə hazırlamaq üçün üç ay vaxt lazım olacaq.

Kompleksin Suriyaya göndərilməsinə səbəb bir müddət öncə göyərtəsində 15 rusiyalı hərbçinin olduğu Rusiyaya məxsus İl-20 təyyarəsinin vurulması olub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.