Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri
Liseyində Yol Hərəkəti Təhlükəsizliyi qaydaları adlı tədbir keçirilib. Çıxış edən
liseyin direktoru Rüxsarə Məmmədova bildirib ki, tədbirin mədsədi uşaq və
yeniyetmələrdə yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində
profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində
şagirlərə təhlükəsiz davranış vərdişlərinin aşılanmasıdır. Sumqayıt Şəhər Polis
İdarəsi Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidmətinin təbliğat və təşviqat
üzrə inspektoru Fərid İldırımzadə və 1-ci Polis Bölməsinin inspektoru Vüsal
Tahirov qeyd ediblər ki, bu cür tədbirlərin keçirilməsi gələcəyimiz olan
uşaqların təhlükəsizliyi üçün önəmlidir.