AZ
Video yüklə

Sumqayıtda gecə dəhşət: Yaralılar var

1 091 baxış Son xəbərlər
Sumqayıtda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Oxu24.com-un məlumatına görə,qəza şəhərin Sülh prospektindəki yol ayrıcında qeydə alınıb.

50-DR-023 dövlət nömrə nişanlı "Kia" markalı avtomobilin qadın sürücüsü yol hərəkəti qaydalarını pozaraq avtomobili əks istiqamətdən gələn 50-DT-338 dövlət nömrə nişanlı "Opel" markalı avtomobilə çırpıb.

Zərbənin gücündən nəqliyyat vasitəsi yoldan çıxaraq daş plitəyə dəyib. Nəticədə "Kia"nın sürücüsü və "Opel" markalı avtomobildə olan 3 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Apa)

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.