AZ
Video yüklə

Sumqayıtda ağır qəza: Onlarla yaralı var

509 baxış Son xəbərlər
Sumqayıtda mikroavtobus minik avtomobili ilə toqquşub, yaralılar var.

Hadisə “Stansiya Sumqayıt” yaşayış massivinə gedən avtomobil yolunda qeydə alınıb. Belə ki, "Hyundai" markalı mikroavtobus "Hyundai Santa Fe" minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.