AZ
Video yüklə

Sumqayıt yolunda ağır qəza: yaralılar var

1 188 baxış Son xəbərlər
Bakı-Sumqayıt yolunda avtomobil qəzası baş verib.

APA TV xəbər görə, avtoqəza Xırdalan rayonu ərazisində qeydə alınıb.
Paytaxt istiqamətində yüksək sürətlə hərəkətdə olan "Daewoo" markalı minik maşını qarşısında hərəkət edən "Hyundai" markalı avtomobillə toqquşub və onu dəmir arakəsmələrə çırpıb. Daha sonra "Daewoo" markalı avtomobil aşıb. Sürücüsü isə avtomobildən düşərək hadisə yerindən yayınıb. Əraziyə cəlb olunmuş polis əməkdaşları onun sərxoş olduğunu və polisə müqavimət göstərdiyini bildiriblər.

Hazırda sürücünün şəxsiyyətinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.