Azərbaycan Respublikası
Prezidenti
İlham
Əliyev cənablarına
Surəti: Azərbaycan
Respublikası Birinci
Vitse-Prezidenti Mehriban xanım Əliyevaya
Surəti: Azərbaycan Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə
Sumqayıt şəh., 9-cu mkr, ev 7/8,mən 34-də
yaşayan Əliyev Elmin Əhəd oğlu
tərəfindən (070-723-01-73)
ŞİKAYƏT ƏRİZƏSİ:
Möhtərəm Cənab Prezident!
Yazıb Sizə bildirirəm ki, 2018-ci ildən bu günədək
ağır xəstəyəm, hazırda da xroniki xolestit, dəmir defisiti, qida borusu
venalarının varikoz genəlməsi, nevrasteniya, qaraciyər serrozu, xroniki qastrit
və digər xəstəliklərdən müalicə alıram. Lakin bu müalicələr sadəcə ömrümün bir
az daha uzanması üçündür, bunlardan sağalmağım mümkünsüzdür. Bunu həkimlər də
bilir, təsdiq edirlər. Müalicə olunmaq üçün nəyimiz varsa satmışıq, artıq dərman
almağa da pulumuz qalmayıb, aptekdə də dərmanı nisyə alırıq. Amma buna
baxmayaraq qanunla mənə düşən əlillik dərəcəsini təyin etmirlər ki, heç olmasa
müəyyən qədər pensiya alıb dərman puluna verim. 11.04.2019, 20.05.2019, 13.06.2019 və 15.01.2020-cu il tarixlərdə əlillik
dərəcəsinin təyin olunması üçün etdiyim müraciətlərin hər biriniə əsassız və
başdansovdu imtina cavabları verilməklə mənim pensiya almaq hüququm əlimdən
alınıb. Ona görə də Sizə şikayət ərizəsilə müraciət etməyə məcbur olmuşam.
Xahiş edirəm bu problemi nəzarətə götürüb
obyektiv araşdırılması və mənə əlillik dərəcəsi təyin olunması üçün göstəriş
verəsiniz.