AZ
Video yüklə

Son dəqiqə! Bu rayonun İcra başçısı da getdi

3 663 baxış Son xəbərlər
Xaçmaz Rayon İcra başçısı Şəmsəddin Xanbabayev vəzifəsini icra etdiyi binadan köçüb gedərkən müxbirimizin suallarını cavablandırıb.

Oxu24.com xəbər verir ki, yağışlı havada oğlu Samir Xanbabayev və köməkçiləri ilə birlikdə avtomobilə əyləşməzdən əvvəl Şəmsəddin Xanbabayev müxbirimizə səmimi və xoş arzularını bildirib.

Jurnalistin “Xaçmazlılar sizi unudan deyil, xoş xatirələrlə yadda qalacaqsınız” sözlərinə, Şəmsəddin Xanbabayev belə qarşılıq verib:

“Çox sağ olun! Mən də xaçmazlıları çox istəyirəm. Xaçmazlılar yaxşı adamlardılar. Məmur üçün də əsas səbəb budur. Gördüyünüz bütün bu işlərin hamısını (əli ilə göstərir) – birinci növbədə onların yaxşı adam olmalarına görə görülüb. Çox sağ olun!”

KONKRET.AZ Şəmsəddin Xanbabayevin bölgə müxbiri Cəlal Fərzəliyevlə olan səmimi söhbətini təqdim edirik:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.