Rusiyanın bu təyyarəsi vuruldu

  • 19.04.2024
  • 0

Rusiya-Ukrayna müharibəsində ilk dəfə Tu-22M3 bombardmançı təyyarəsi vurulub.

 

Oxu24.com  UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, general-leytenant Nikolay Oleşuk bildirib.

 

O qeyd edib ki, bu təyyarə Rusiya hərbi aviasiyasının Ukraynanın dinc şəhərlərinə hücum etmək üçün istifadə etdiyi Kh-22 qanadlı raketləri ilə təchiz olunur.

 

General xatırladıb ki, Rusiya ötən gecə müxtəlif profilli raketlər və pilotsuz uçuş aparatları ilə Ukrayna ərazisinə hücum həyata keçirib:

 

“Qarşı tərəf ümumilikdə 36 hava hücumu vasitəsindən - 22 müxtəlif tipli raketlərdən və 14 zərbə dronundan istifadə edib”.

Nə düşünürsən?