Bu gün, 23 oktyabr tarixində Gürcüstan Parlamentin “Gürcü Arzusu” partiyasından seçilmiş üzvləri Qardabani majoritar deputatı Savalan Mirzəyev, Marneuli majoritar deputatları Ruslan Hacıyev və Tamaz Naveriani, Kvemo Kartli qubernatorunun müavini Zaur Darğalı Azərbaycan səfirliyinin və Azərbaycan Neft Şirkəti SOCAR-ın prezidenti Rövnəq Abdullayev və nümayəndə heyəti ilə görüşdülər. Görüşdə Marneuli və Kəndlərdən dəvət olunmuş ağsaqqallar və qonaqlar iştirak edirdilər. Görüşün baş tutduğu SOCAR tərəfindən tikilmiş "Çay Evi"nin qarşısında Milli Hərəkat Partiyasının üzvləri aksiya keçirdilər. Aksiya Azərbaycan hökumətinin nümayəndə heyətinin seçki ərəfəsində qapalı şəkildə Marneuli ictimayəti ilə görüşü müxalifət partiyasının etirazına səbəbə oldu. "Avropalı Gürcüstan" partiyasından "Milli Hərəkat"a keçmiş bələdiyyə məclisinin üzvü Azad Kərimov "Marneuli" Radiosu ilə söhbəti zamanı bildirdi ki, Azərbaycan hökuməti 2016-cı ildə parlament seçkilərinə müdaxilə etdi və indi də keçirilən görüşdə eyni təhlükəni görür. Mətbuat üçün qapalı olan görüşün sonunda Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev aksiya iştirakçıları ilə görüşdü. O, bildirdi ki, onun səfəri siyasi deyil. Azərbaycan hökuməti Gürcüstan keçiriləcək seçkilərə qarışmır. Görüşdə heç bir mətbuat nümayəndəsi iştirak etmirdi. Amma Gürcüstan Parlamentinin deputatı Ruslan Hacıyev bildiri ki, görüş media üçün açıq idi. İştirak etmək istəyən gələ bilərdi. Onu da əlavə edək ki, seçkilərə 5 gün qalmış Azərbaycan Respublikasından gələn hökumət nümayəndələrinin səfəri və Marneuli ictimaiyyəti ilə görüşün qapalı şəkildə keçirilməsi müxalifət tərəfindən bir mənalı qarşılanmadı və onların dediyinə görə, bu görüş bir sıra suallar doğurub.