Səudiyyə əsgərləri pusquya düşüb
25 baxış
Son xəbərlər
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinə məxsus əsgərlər Cizan rayonunda pusquya düşüblər. Bu barədə "Ənsarullah" hərəkatının döyüşçüləri sosial şəbəkəyə video yerləşdiriliblər.
Görüntülərdə bir neçə əsgərin pusquya düşərək həlak olması öz əksini tapıb.
Husilərin Cizan rayonunda təşkil etdiyi hücumlar qarşı tərəfin mövqelərindən geri çəkilməsi ilə nəticələnib. Bundan əlavə yəmənlilər Səudiyyənin muzdlulardan ibarət "Təbat-Alaruf" və "Salan" hərbi düşərgələrinə də raket zərbəsi endirib.
Qeyd edək ki, son günlər Husilərlə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya ordusu arasında toqquşmalar artıb. Yəmənlilər qarşısında üstünlük əldə etməyi bacarmayan koalisiya qüvvələri ölkə ərazisində dinc əhalinin olduğu məntəqələrə avia zərbələr endirilər. Buna cavab olaraq isə "Ənsarullah" hərəkatı Səudiyyə ərazisindəki hərbi obyektləri raketlə vurur və koalisiya qüvvələrinin mövqelərinə əməliyyatlar təşkil edir.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.