"Səni axtarıram"da gərginlik

  • 06.03.2025
  • 0

"ARB" kanalında yayımlanan “Səni Axtarıram” proqramının efirində hüquqlarının pozulduğunu iddia edən  qadın mətbuat vasitəi ilə  şikayətini ünvanlayıb.

 

Bu barədə Oxu24.com  saytına  müraciət edən  Pərvanə  Məhərrəmova  özü  məlumat verib.

 

Qadının  sözlərinə  görə  Xoşqədəm  Hidayətqızının  müəllif  və aparıcısı olduğu “Səni Axtarıram”proqramında onun xərçəng  xəstəsi  olmas ı barədə efirdə həqiqətə uyğun olmayan məlumat  səsləndirilib.  Bu saxta  məlumatdan  sonra  ailə dərin  sarsıntı keçirib .Daha  sonra  isə  əsl  həqiqət üzə çıxanda,ailə sözün əsl mənasında şok keçirib.Qadının sözlərinə görə,təkrar müayinələrdən sonra onun xərçəng xəstəsi olmamamsı üzə çıxıb.