Çinin “90Fun” şirkəti “Puppy 1” çemodanını təqdim edib. İnformasiya agentliklərinin məlumatına görə, sözügedən çemodan sahibini avtomatik izləyir ki, bu da uzun müddətli səyahətlər vaxtı çox kömək edir.N-XEBER.COM “ICTnews” Elektron Xəbər Xidmətinə istinadən yazır ki, qurğu iki təkər və avtomatik balanslaşdırma üçün sensorlar dəsti ilə təchiz edilib. Sahibini tanıyan çemodan israrla onu vağzal və ya aeroportda izləyir, yaxud dayanaraq növbəti komandanı gözləyir. Avtomatlaşdırma imkanına baxmayaraq, çemodanda daşımaq üçün qulp saxlanılıb.Məlumata görə, robot məsafədən idarə oluna bilər. Çemo dan gələn həftə ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək “CES 2018” sərgisində təqdim ediləcək. 50 sm-lik çemodan bu il satışa çıxarılacaq, amma onun qiyməti dəqiq bilinmir.