Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporu ölkəmizin təbliğatı və Qarabağın bərpa-quruculuq prosesinə investorların cəlb olunması istiqamətində işlərə başlayır.
Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri sərgi mərkəzindəki Azərbaycan pavilyonunun direktoru Səadət Kadırova bizimlə söhbətində yaxın gələcək üçün nəzərdə tutulan planları barədə danışdı:
"Əlbətdə biz Azərbaycanı müxtəlif sahələrdə, həmçinin biznes sahəsində təqdim edən bir meydan olaraq. Öz imkanlarımızdan istifadə etməyə hazırıq. iş adamları ilə görüşmək, Qarabağa investisiyaların cəlb olunması, ümumilikdə azərbaycanla bağlı forum və ya təqdimatların keçirilməsi işləri ilə ilə məşğuluq. Qarşımızda böyük bir vəzifə var, biz Pavilyonda ticarət zonası yaratmaq fikrindəyik. Və əlbətdə bu zonada Azərbaycan istehsalı olan ən yüksək məhsullar nümayiş olunacaq. Meyvələr, şirələr, ickilər – qida məhsullarından başqa suvenirlər də təqdim olunacaq – bir sözlə Azərbaycanın zənginlikləri. Bu istiqamətdə biz öz fəaliyyətimizi aktivləşdirəcəyik. Və hesab edirəm ki, birlikdə uğurlu nəticə əldə olunacaq.
Məlumat – İnformasiya xarakterli işlərdən başqa, maksimum şəkildə iş adamlarını Qarabağa aparıb göstərmək lazımdır. Düşünürəm ki, məhz oranı gördükdən sonra bir çox iş adamı investisiya yatırmağa maraqlı olacaq. Burda bir əsas məqamı deyim ki, Azərbaycan özünü etibarlı biznes tərəfdaş kimi sübut edib. Faktiki olaraq, neft, qaz və başqa sahələrlə bağlı olan bütün böyük müqavilələr Azərbaycan tərəfindən dəqiq şəkildə yerinə yetirilib. Azərbaycan beynəlxalq səviyədə öhdəsinə götürdüyü vəzifələri yerinə yetirən ölkədir. Hətta bəzi məqamlarda bu vəzifə sərfəli olmasa belə. Çünki ölkənin imici ön plana çəkilir. Ona görə də iş adamları, o cümlədən rusiyada olan iş adamları azərbaycanla – Azərbaycan biznesi ilə, dövlət orqanları ilə işləməkdən məmnun olacaqlar. Çünki bilirlər ki, hər bir sözün, hər bir imzanın arxasında real iş var".
Azərbaycanın, xüsusən də Qarabağın biznes və turizm baxımından təbliği işinin diaspora qarşısında vacib vəzifə olduğunu bildirən Moskva Azərbaycan İcmasının sədri Şamil Tağıyev də bu vəzifənin öhdəsindən layiqincə gəlmək üçün artıq müxtəlif istiqamətlərdə danışıqların aparıldığını vurğuladı.
Qeyd edək ki, Şuşada keçirilən dünya Azərbaycanlılarının zəfər qurultayından sonra diasporun gələcək fəaliyyəti üçün yeni yol xəritəsi müəyyən olunub. burda əsas istiqamətlərdən birincisi ölkəmizin işğaldan azad olunmuş ərazilərdə başladığı quruculuq işlərinə dəstək olmaq, xarici şirkət və investorların bərpa prosesinə cəlb olunması ilə bağlıdır.
REAL TV, Rusiya































