Rusiyada təyyarə QƏZASI: 71 nəfər həlak oldu
131 baxış
Son xəbərlər
Rusiyada qəzaya uğrayan "An-148" tipli sərnişin təyyarəsinin qalıqları tapılıb.
Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, sərnişinlər və ekipaj üzvləri arasında sağ qalan yoxdur.
Təyyarənin göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olub.
Təyyarə Moskva-Orsk reysi üzrə hərəkət edirmiş.
***
Rusiya Fövqəladə Hallar Nazirliyi An-148 sərnişin təyyarəsinin Ramensk rayonu yaxınlığında qəzaya uğraması haqda xəbəri təsdiq edib:
“Bu gün Moskva vilayətinin Ramensk rayonu yaxınlığında yerləşən Stepanovs yaşayış məntəqəsi yaxınlığında Domodedovo-Orsk istiqamətində 703 saylı reysi həyata keçirən An-148 təyyarəsi qəzaya uğrayıb. Hadisə yerinə dərhal Rusiya FHN-in xilasedici qrupları, təcili-tibbi yardım və digər ekstern reaksiya xidmətləri cəlb edilib”, - Rusiya FHN-nin saytında dərc olunan materialda deyilir.
Məlumatda o da qeyd edilib ki, hadisə yerinə 150-dən çox insan və 20 texnika gətirilib.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.